NewsWorld
PredictionsDigestsScorecardTimelinesArticles
NewsWorld
HomePredictionsDigestsScorecardTimelinesArticlesWorldTechnologyPoliticsBusiness
AI-powered predictive news aggregation© 2026 NewsWorld. All rights reserved.
Trending
MilitaryFebruaryTalksIranNuclearEpsteinGovernmentTimelineStrikesDigestTrumpDocumentsThursdayHealthRefundFileElectionsIranianPolicyDiplomaticCoalitionTargetingResearchReforms
MilitaryFebruaryTalksIranNuclearEpsteinGovernmentTimelineStrikesDigestTrumpDocumentsThursdayHealthRefundFileElectionsIranianPolicyDiplomaticCoalitionTargetingResearchReforms
All Articles
Aİ Ermənistanda seçkilər n  çevik reaksiya qrupu  planlaşdırır
azadliq.org
Published about 7 hours ago

Aİ Ermənistanda seçkilər n çevik reaksiya qrupu planlaşdırır

azadliq.org · Feb 26, 2026 · Collected from GDELT

Summary

Published: 20260226T121500Z

Full Article

Avropa İttifaqı (Aİ) Ermənistanda iyunda keçiriləcək parlament seçkiləri üçün "hibrid çevik reaksiya qrupu" yerləşdirməyə hazırlaşır. Məqsədin Rusiyanın səsverməyə mümkün müdaxiləsinin qarşısını almaq olduğu bildirilir. AzadlıqRadiosunun erməni xidməti bu addımın ölkə müxalifətində seçki saxtakarlığı sarıdan narahatlığı artırdığını yazır.Xarici işlər naziri Ararat Mirzoyan fevralın 13-də göndərdiyi məktubda Aİ-dən Ermənistan hökuməti adından belə bir rəsmi xahiş edib. "Azatutyun" Brüsseldəki son müzakirələrdən bəzi qeydlər əldə edib. Aİ həm 2026-cı ilin iyun seçkilərindən öncə, həm də Ermənistanla Azərbaycan arasında sülh prosesində "Ermənistanın demokratik dayanıqlığının və informasiya bütövlüyünün gücləndirilməsinə dəstək verməkdə" maraqlı olduğunu bildirir. "Bu dəstək Rusiyanın sabitliyi pozan hərəkətlərinin azaldılması və yumşaldılmasına yönəlməlidir", - qeydlərdə vurğulanır.Aİ diplomatlarının AzadlıqRadiosuna dediyinə görə, məqsəd missiyanın mayın 4-də Yerevanda keçiriləcək Aİ-Ermənistan sammitinə qədər işə salınmasıdır. Bu o deməkdir ki, blokun üzv dövlətləri gələn ay missiyanı yekdilliklə təsdiqləməlidir.Ermənistan Xarici İşlər Nazirliyi (XİN) fevralın 25-də Mirzoyanın xahişi ilə bağlı şərh verməkdən imtina edib. Nazirliyin sözçüsü dekabrdakı açıqlamasına əlavəsi olmadığını söyləyib. Sözçü o vaxt demişdi ki, Yerevan Aİ-dən seçkilərin düzgün keçirilməsinə "potensial hibrid təhdidlərin önlənməsində" kömək istəyir.Müxalifət liderlərinin əndişəsiDekabrın əvvəlində Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas baş nazir Nikol Paşinyan hökumətinin blokun Moldovaya göstərdiyi "xarici zərərli müdaxilə" ilə mübarizədə köməyə bənzər dəstək axtardığını açıqlamışdı. Moldovada parlament seçkiləri 2025-ci ilin sentyabrında keçirilib.O zaman Kallasın açıqlaması Ermənistan müxalifət liderlərini narahat edib. Onların iddiasına görə, Paşinyan 7 iyun seçkilərində saxtakarlıqla qalib gəlmək üçün Aİ-dən dəstək almağa çalışır. Onlardan bəziləri hətta Aİ-nin özünün seçkilərə müdaxilə etmək istədiyini bildirirlər. Paşinyanın müttəfiqləri müxalifətin iddialarını rədd ediblər. Qeğam Manukyan "Azatutyun" yazır ki, Aİ-nin Ermənistana xüsusi seçki missiyasını göndərmək planları müxalifətin narahatlığını gücləndirib. Müxalifətin "Hayastan" alyansından parlament üzvü Qeğam Manukyan bildirib ki, bu missiya Ermənistan hakimiyyətinə səsvermə pozuntularını əsaslandırmaq, ört-basdır etməkdə kömək göstərməyə çalışacaq."Bu, gerçəkdən böyük rüsvayçılıqdır. Ermənistandakı daxili siyasi duruma müdaxiləyə daha abırsız nümunə tapa bilmədim", – Manukyan AzadlıqRadiosunun erməni xidmətinə deyib.Lavrovun etirazıMoldovada sentyabr seçkilərində qərbyönlü siyasətçilər qalib gəlib. Orada Aİ-nin missiyası təxminən 20 nəfərdən ibarət idi. Missiya sosial mediada Rusiyadan qaynaqlanan dezinformasiyanı aşkarlayaraq onunla mübarizə aparmaq üçün Moldova hakimiyyəti ilə işləyirdi.Moldovanın iki rusiyayönlü müxalifət partiyası seçkilərə buraxılmayıb və Aİ bu qadağaları müdafiə edib, Rusiyanı Moldova seçkilərinə müdaxilədə günahlandırıb. Moskva isə iddiaları təkzib edib, seçkilərin saxtakarlıqla keçdiyini bildirib.Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ayın sonunda Aİ-ni Paşinyan administrasiyasını Ermənistan seçkilərini saxtalaşdırmağa, Rusiya ilə qarşıdurmaya təşviq etməkdə suçlayıb. Fevralın 5-də parlament spikeri Alen Simonyanla görüşündə də Lavrov Rusiyanın Ermənistana qarşı "hibrid" təhdidləri ilə bağlı Ermənistan hökumətinin dolayı iddialarını pisləyib.


Share this story

Read Original at azadliq.org